Xalq artistinin oğlunun döyülməsinə görə daha 2 nəfər SAXLANILDI

Hazırda oxunan: Xalq artistinin oğlunun döyülməsinə görə daha 2 nəfər SAXLANILDI

594112

Azərbaycanın mərhum Xalq artisti Yuri Balıyev və Əməkdar artist Nataliya Balıyevanın oğulları Artur Balıyevin Bakıda bir qrup şəxsin hücumuna məruz qalması faktı ilə bağlı Binəqədi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin qəsdən sağlamlığa az ağır zərər vurma və xuliqanlıq maddələri ilə cinayət işi başlanılıb, istintaq araşdırmaları aparılır.
 

MÖVZU İLƏ BAĞLI: 

Bakıda Xalq artistinin oğlunu döydülər – FOTO


DİN-in Mətbuat Xidmətindən Bizim.Media-ya bildirilib ki, cinayət işinin icraatı DİN-in nəzarətindədir.

Vurğulanıb ki, hadisəni törətməkdə şübhəli bilinən üç nəfər — Turxan Zeynalov, Ramil Zeynalov və Asəf Rəhimov saxlanılaraq istintaqa təhvil verilib.
 

Zərərçəkmişin yaşadığı ünvana naməlum şəxs və ya şəxslərin gəlməsi ilə bağlı polisə hər hansı məlumat daxil olmayıb.


Hadisə yerində mövcud olan kamera görüntüləri və digər sübutlar istintaq predmetidir, xəsarətin dərəcəsinin müəyyən edilməsi üçün müvafiq ekspertizalar təyin olunub.

Qeyd edək ki, Ramil Zeynalov daha öncə saxlanılan Turxan Zeynalovun atasıdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin