Gəncədəki partlayışda xəsarət alanların SON DURUMU

Hazırda oxunan: Gəncədəki partlayışda xəsarət alanların SON DURUMU

594095

Gəncədə Sevinc qəsəbəsinda baş verən partlayış nəticəsində xasarət alanların son durumu bəlli olub.

Gəncə Şəhər Birləşmiş Xəstəxanasından Bizim.Media-nın yerli bürosuna bildirilib ki, Gəncə şəhərində baş verən hadisə ilə əlaqədar 02.02.2026-cı il tarixində saat 17:00 radələrində 2 nəfər (kişi) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub:
 

“Müxtəlif yanıq xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Hazırda onların müalicələri davam etdirilir. 1 nəfərin vəziyyəti ağır, digər şəxsin vəziyyəti isə orta ağır qiymətləndirilir” deyə məlumatda bildirilib. 


Xatırladaq ki, Gəncə şəhərinin Sevil qəsəbəsində fəhlələr tərəfindən qazıntı işləri aparılan zaman partlayış baş verib.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin