Abşeronun taleyini dəyişən KOMMUNİKASİYA XƏTTİ - Novxanı-Masazır-Saray yolu nə vaxt istismara veriləcək?

Hazırda oxunan: Abşeronun taleyini dəyişən KOMMUNİKASİYA XƏTTİ - Novxanı-Masazır-Saray yolu nə vaxt istismara veriləcək?

594084

Tikintisinə 2025-ci ildən başlanılmış Pirşağı-Novxanı-Xırdalan-M4 avtomobil yolunda işlər hazırda davam etdirilir. “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı”na uyğun olaraq tikilən bu yol layihəsi Pirşağı, Novxanı, Masazır, Saray və Xırdalan ərazilərini birləşdirən avtomobil yoludur və Bakıətrafı qəsəbələrdə yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılmasını nəzərdə tutur.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən həyata keçirilən layihə çərçivəsində 9 yol qovşağı, 13 yol ötürücüsü, bir kanal körpüsü və iki açıq-qapalı tunel tipli yol ötürücüsünün tikintisi nəzərdə tutulub. Hazırda yolun tikintisində ərazinin genişləndirilməsi, asfalt örtüyü üçün alt döşəmə işləri həyata keçirilir. Yolun xeyli hissəsində asfalt örtüyü çəkilib, tunel dayaqları tikilib. 

Yol tikintisinə görə Saray-Masazır-Novxanı istiqamətində hərəkət edən sürücülər yollarını dəyişməli olduqları üçün işlərin yekunlaşdırılmasını səbirsizliklə gözləyirlər.

Məsələ ilə bağlı AAYDA-dan məlumat aldıq. Qurumun mətbuat xidmətindən Bizim.Media-ya bildirilib ki, ümumilikdə layihə 2025-2030-cu illəri əhatə edir.

“Tikinti işləri texniki ardıcıllıqla və yüksək keyfiyyətlə icra olunur. Layihənin vaxtında tamamlanması məqsədilə ərazidə lazımi texnika və işçi qüvvəsi çalışır. Amma istənilən halda açıq hava altında tikinti işləri aparılır. Əlverişsiz hava şəraitində iş icraatı mümkün olmadığı üçün müəyyən ləngimələr olur. Digər nüanslar da olduğu üçün konkret tarix söyləməyə tələsmirik” – deyə məlumatda vurğulanır.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin