Xəbər verdiyimiz kimi Xalq artisti, rejissor Əbdül Mahmudov xəstəxanada müalicə alır.
Sevilən sənətkarın son durumunu öyrənmək üçün onunla əlaqə saxladıq.
Xalq artisti Bizim.Media-ya açıqlamasında özəl xəstəxanalardan birində müalicə aldığını bildirib:
“Əsas xəstəliyim qocalıqdır. Qocalmağımla əlaqəli hər şey qarışıb bir-birinə. Həyatım kimi xəstəliyim də fərqlidir. 4-5 xəstəlik aşkar olunub. Birinin müalicəsi o birinə zərər verir. Həkimlər sağ olsunlar, çalışırlar. Xəstəliyim bronxdur, prostatdır, mədə-bağırsaqdır... İndi də sağ tərəfimdə yüngül “paralij” izləri var. Görək nə olur...”
Əbdül Mahmudov onu da qeyd edib ki, xəstəxanada ona xüsusi diqqət var:
“Mədəniyyət Nazirliyindən tez-tez gəlirlər, vəziyyətimlə, müalicəmlə maraqlanırlar. Çox razıyam”.
Surxay Atakişiyev, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
13:00 / 02.02.2026
Xəstəxanaya yerləşdirilən Xalq artistinin SON DURUMU
Hazırda oxunan: Xəstəxanaya yerləşdirilən Xalq artistinin SON DURUMU
Hazırda oxunan: Xəstəxanaya yerləşdirilən Xalq artistinin SON DURUMU
594012
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































