İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvləri məlum olub.
Bizim.Media xəbər verir ki, bu məsələ Milli Məclisin bugünkü iclasında müzakirə olunub.
Bildirilib ki, 2025-ci ildə keçirilmiş iclaslar nəticəsində aşağıdakı şəxslər İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasına namizəd kimi seçiliblər:
İdman federasiyaları tərəfindən:
Rəsullu Rəşad Fərhad oğlu - Azərbaycan Cüdo Federasiyasının İcraçı vitse-prezidenti;
Qədimova İlahə Akif qızı - Şahmat üzrə qadınlar yığma komandasının kapitanı.
Dini konfessiyalar tərəfindən:
Musayev Salman Musa oğlu - Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini;
Həsənov Simran Seyfəddin oğlu - Qafqaz Müsəlmanları İdarəsinin Aparat rəhbəri.
Yaradıcılıq təşkilatları tərəfindən:
Babayeva Həcərxanım Teymur qızı - Bəstəkarlar İttifaqının İdarə heyətinin üzvü;
Babayeva Aytən Rauf qızı - Azərbaycan Milli Konservatoriyasının dosenti.
Müzakirələrdən sonra məsələ səsverməyə çıxarılıb, Rəşad Rəsullu, Salman Musayev və Həcərxanım Babayeva 6 il müddətinə İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvü seçiliblər.
Qeyd edək ki, İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasına üzvlər irəli sürülmüş namizədlər arasından hər təşkilatdan bir nəfər olmaqla 6 il müddətinə təsdiq edilirlər.
Günay Şahmar, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
12:56 / 02.02.2026
İTV-nin Yayım Şurasına yeni üzvlər seçildi – SİYAHI
Hazırda oxunan: İTV-nin Yayım Şurasına yeni üzvlər seçildi – SİYAHI
Hazırda oxunan: İTV-nin Yayım Şurasına yeni üzvlər seçildi – SİYAHI
594010
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































