Azərbaycanda 429 internet resursu bloklandı - SƏBƏB

Hazırda oxunan: Azərbaycanda 429 internet resursu bloklandı - SƏBƏB

594003

"Ötən il ərzində vətəndaşlardan, hüquqi şəxslərdən və dövlət qurumlarından daxil olan müraciətlər, eləcə də tərəfimizdən aparılan monitorinqlər əsasında qanunla qadağan edilən informasiyanın yerləşdirildiyi 429 internet resursuna məhkəmə qətnaməsi əsasında Azərbaycan Respublikası ərazisində giriş məhdudlaşdırılıb".

Bizim.Media xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) məlumat yayıb.
 

Bildirilib ki, girişin məhdudlaşdırıldığı internet informasiya ehtiyatlarının 428-i qumar oyunlarının təşkilinə və həmin oyunlarda iştiraka təhrik edən məlumatların yayılması, biri isə əqli mülkiyyət hüquqlarını pozan məlumatların yerləşdirilməsi ilə bağlı olub.


ETX vətəndaşları və hüquqi şəxsləri internet mühitində qanunvericiliyin tələblərinə əməl etməyə, eləcə də aşkarladıqları qanun pozuntuları ilə bağlı "1654" qaynar xətti, www.cert.az saytı və ya [email protected] elektron poçt ünvanı vasitəsilə ETX-yə müraciət etməyə çağırır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin