Tikilməkdə olan binalardan mənzil alanların DİQQƏTİNƏ – Yeni mexanizm YARADILA BİLƏR

Hazırda oxunan: Tikilməkdə olan binalardan mənzil alanların DİQQƏTİNƏ – Yeni mexanizm YARADILA BİLƏR

593991

“Bu gün yüzlərlə, minlərlə ailə yarımçıq qalan binaların girovuna çevrilib. Səbəb isə açıqdır: bəzi MTK-ların məsuliyyətsizliyi, maliyyə intizamsızlığı və rəhbərliyin hüquqi problemləri. Təəssüf ki, mövcud qanunvericilik vətəndaşı tam qoruya bilmir. Bu sahədə artıq konkret mexanizmlər yaradılmalıdır”.

Bizim.Media xəbər verir ki, bu sözləri deputat Razi Nurullayev parlamentin yaz sessiyasının ilk plenar iclasında çıxışı zamanı deyib.

O bildirib ki, MTK-lar üçün maliyyə təminatının həlli üçün mexanizmlər olmalıdır:

“Tikintiyə başlamazdan əvvəl şirkətin bank zəmanəti və ya sığorta təminatını təqdim etməsi nəzərdən keçirilməldir. Əgər tikinti yarımçıq qalarsa, bina həmin vəsait hesabına tamamlanmalıdır.

İkincisi, vətəndaşın pulu qorunmalıdır. Alıcıların ödədiyi vəsait birbaşa MTK-ya yox, nəzarətli depozit hesablarına köçürülə bilər. Pul yalnız tikintinin real mərhələlərinə uyğun olaraq mərhələli şəkildə açılmalıdır.

Üçüncüsü, MTK rəhbərliyinin şəxsi məsuliyyəti olmalıdır. Dələduzluğa və ya vəsaitin təyinatdan kənar istifadəsinə görə təkcə şirkət yox, rəhbərlik də şəxsi məsuliyyət daşımalıdır. Belə şirkət və şəxslərə uzunmüddətli tikinti qadağaları və daha sərt məsuliyyət tətbiq olunmalıdır.

Dördüncüsü, dövlət nəzarəti gücləndirilməlidir. Riskli MTK-ların açıq “qara siyahı”sı yaradılmalıdır. Beşincisi, zərərçəkmiş vətəndaşlar üçün sürətli hüquqi mexanizm, tikinti mübahisələri üzrə xüsusi prosedur, müvəqqəti dövlət tamamlayıcı fondu və pulsuz hüquqi yardım olmalıdır”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin