Bir vaxtlar Xəzərin suları ilə örtülən Astara sahillərində bu gün tam fərqli mənzərə yaranıb.
Bizim.Media Teleqraf.az-a istinadən xəbər verir ki, dənizin geri çəkilməsi sahilboyu ərazilərin coğrafiyasını dəyişməklə yanaşı, burada yeni flora sistemləri və ekosistem formalaşdırıb.
Quruyan sahillərdə müxtəlif bitki növləri, hətta hündürlüyü bir neçə metrə çatan ağaclar əmələ gəlib.
Son bir neçə ildə burada 10-larla bitki növü yetişib və bu proses təbii bərpa və ekoloji ardıcıllığın sürətini göstərir. Bitki örtüyünün sıxlaşması ərazini köçəri quşlar üçün cəlbedici edib; onlar qışlamaq və qidalanmaq üçün bu yeni formalaşmış sahilləri seçirlər.
Mütəxəssislər hesab edirlər ki, əgər Xəzərin geri çəkilməsi davam edərsə, yaxın gələcəkdə Astara sahilləri köçəri quşların kütləvi miqrasiya məkanına çevrilə bilər.



Bizim.Media
































































































