Baş Prokurorluğun İstintaq İdarəsinin rəisinə yeni müavin təyin edilib.
Bizim.Media “qafqazinfo.az”a istinadla xəbər verir ki, bununla bağlı baş prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb.
Əmrə əsasən, ədliyyə müşaviri Anar Mirkişiyev İstintaq İdarəsinin rəisi Nemət Əvəzovun müavini vəzifəsinə təsdiqlənib.
Qeyd edək ki, A.Mirkişiyevin indi təyin edildiyi vəzifəni daha əvvəl Qasım Məmmədov tutub. Q. Məmmədov ötən ilin sentyabr ayından respublika hərbi prokurorunun müavinidir.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
11:18 / 02.02.2026
Qasım Məmmədovun yerinə o təyin edildi
Hazırda oxunan: Qasım Məmmədovun yerinə o təyin edildi
Hazırda oxunan: Qasım Məmmədovun yerinə o təyin edildi
593983
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































