Siyəzəndə bacı-qardaşın həyatını itirdiyi dəhşətli qəzanın TƏFƏRRÜATI - VİDEO

Hazırda oxunan: Siyəzəndə bacı-qardaşın həyatını itirdiyi dəhşətli qəzanın TƏFƏRRÜATI - VİDEO

593971

Xəbər verdiyimiz kimi, Siyəzən rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media-nın yerli bürosunun əldə etdiyi məlumata görə, hadisə ötən gün axşam saatlarında, təxminən 21:00 radələrində Bakı–Quba ödənişli avtomobil yolunun 99-cu kilometrliyində, rayonun Böyük Həmyə kəndi ərazisində qeydə alınıb.

Masallı rayon sakini, 28 yaşlı Fərid Mirzəyev idarə etdiyi “Chevrolet” markalı avtomobillə eyni istiqamətdə hərəkətdə olan “Volvo” markalı yük avtomobilinə çırpılıb.
 

Qəza nəticəsində minik avtomobilində olan sərnişinlər – sürücünün əmisi uşaqları, 20 yaşlı Səma Mirzəyeva və onun 24 yaşlı qardaşı Ramal Mirzəyev hadisə yerində həyatını itirib.


Faktla bağlı cinayət işi açılıb, hazırda araşdırma aparılır.


Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin