Fevralın 1-də Cəlilabad rayonu sakinləri, yetkinlik yaşına çatmamış D.V (şərti) və C.V-nin (şərti) müxtəlif dərəcəli bədən xəsarətlərilə xəstəxanaya daxil olması, sonuncunun almış olduğu xəsarətlər nəticəsində xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Bu barədə Bizim.Media-ya Cəlilabad rayon prokurorluğundan məlumat verilib.
Qeyd edilib ki, ilkin araşdırma zamanı cinayətin 1977-ci il təvəllüdlü Ə.Nağıyev tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Cəlilabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 29, 120.2.7-ci (iki şəxsi qəsdən öldürməyə cəhd etmə) maddələrilə cinayət işi başlanıb, Ə.Nağıyev prokurorluq tərəfindən iş üzrə şübhəli şəxs qismində tutulub.
İbtidai istintaq davam edir.
Qeyd edək ki, tutulan şəxs zərərçəkənlərin əmisidir.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
09:56 / 02.02.2026
Cəlilabadda qardaşı uşaqlarını baltalayan əmiyə cinayət işi açıldı – RƏSMİ
Hazırda oxunan: Cəlilabadda qardaşı uşaqlarını baltalayan əmiyə cinayət işi açıldı – RƏSMİ
Hazırda oxunan: Cəlilabadda qardaşı uşaqlarını baltalayan əmiyə cinayət işi açıldı – RƏSMİ
593963
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































