Lənkəranda 45 yaşlı kişi öz evində YANDI - FOTO

Hazırda oxunan: Lənkəranda 45 yaşlı kişi öz evində YANDI - FOTO

593953

Lənkəran rayonunda fərdi yaşayış evində baş verən yanğın ölümlə nəticələnib.

Bizim.Media xəbər verir kİ. hadisə gecə saatlarında rayonun Aşağı Nüvədi kəndi ərazisində qeydə alınıb.

Kənd sakini, 1981-ci il təvəllüdlü Rəfi Firdovsi oğlu Rəhimova məxsus, ümumi sahəsi 400 kvadratmetr olan ikimərtəbəli yaşayış evində yanğın baş verib.

Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Lənkəran Yanğından Mühafizə Hissəsinin 2 texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülüb, alovun digər tikililərə keçməsinin qarşısı alınıb.
 

Otaqlarda aparılan kəşfiyyat zamanı ev sahibi Rəfi Rəhimovun meyiti aşkar edilib. Meyit daxili və xarici müayinə üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayonlararası zona mərkəzinə təhvil verilib.


Yanğın nəticəsində ikimərtəbəli, hər mərtəbəsi 200 kvadratmetr olan, 6 otaqdan ibarət evin yanar konstruksiyaları yanıb.

Faktla bağlı araşdırma aparılır.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin