ABŞ-da saxlanılan azərbaycanlı alim sərbəst buraxıldı

Hazırda oxunan: ABŞ-da saxlanılan azərbaycanlı alim sərbəst buraxıldı

593898

ABŞ-da saxlanılan azərbaycanlı alim Şövqi Hüseynov sərbəst buraxılıb.

Bizim.Media xəbər verir ki, o bu haqda Facebook  hesabında yazıb.

“Bütün sənədlərim leqal və öz yerində olduğu üçün bu gün evimdəyəm. Minlərlə e-mail almışam. Hamınıza bir-bir təşəkkür edirəm”.
 

Xatırladaq ki, Baffalo Universitetində çalışan Ş. Hüseynov bir müddət əvvəl İmmiqrasiya və Gömrük Mühafizəsi Xidmətinin (ICE) Batavia şəhərindəki təcridxanasında saxlanılmışdı. 


Professorun ölkədən deportasiya ediləcəyi gözləndiyi haqda xəbərlər yayılmışdı.

Məlumata görə, Ş.Hüseynov yanvarın 7-də avtomobillə Baffalo şəhərini Kanadanın Ontario şəhəri ilə birləşdirən Niaqara çayının üzərində yerləşən “Peace” körpüsünü keçib və səhvən Kanada ərazisinə daxil olub.

Bunan sonra alim geri qayıdarkən ABŞ sərhədçiləri tərəfindən saxlanılmışdı.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin