Ağsuda yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media xəbər verir ki, hadisə rayonun Ərəbmehdibəy kəndinin ərazisində qeydə alınıb.
Hadisə nəticəsində 1996-cı il təvəllüdlü Ruslan Rəfail oğlu Tağıyev, 1992-ci il təvəllüdlü Amil Emin oğlu Mollayev və 1998-ci il təvəllüdlü İlkin Vəli oğlu Heybətov müxtəlif dərəcəli xəsarətlərlə rayon mərkəzi xəstəxanasına çatdırılıblar.
Xəsarət alan şəxslərdən birinin vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır. (Apa.az)
Bizim.Media
































































































