Gəncədə 2 avtomobil toqquşdu - 2 yaralı var

Hazırda oxunan: Gəncədə 2 avtomobil toqquşdu - 2 yaralı var

593804

Gəncədə yol nəqliyyat hadisəsi xəsarətlə nəticələnib. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin mərkəzi küçələrindən birində baş verib. 

Hərəkətdə olan iki avtomobilin toqquşması zamanı 2008-ci il təvəllüdlü Seymur Əsədov və 2004-cü il təvəllüdlü Hüseyn Şərifov müxtəlif dərəcəli  bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. 

Onlara ilkin tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin