Səhiyyə Nazirliyinin balansında olan tikili yandı

Hazırda oxunan: Səhiyyə Nazirliyinin balansında olan tikili yandı

593803

Şəkidə yardımçı tikilidə yanğın baş verib. Hadisə Səhiyyə Nazirliyinin balansında olan tikilidə qeydə alınıb. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, yanğın hazırda fəaliyyət göstərməyən Ruhi Əsəb Xəstəlikləri Dispanserinin ərazisində köməkçi tikilidə baş verib.

Yanğın yerinə Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti cəlb olunub. 

Görülən tədbirlərlə yanğının qarşısı alınıb. Məlumatlara görə, yardımçı tikilinin daxilində olan məişət tullantılarının bir hissəsi yanıb.

Yanğın zamanı xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.


Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin