Elektromobillərlə bağlı SENSASİON İDDİA – Ölümcül xəstəliklərə səbəb olur?

Hazırda oxunan: Elektromobillərlə bağlı SENSASİON İDDİA – Ölümcül xəstəliklərə səbəb olur?

593762

Elektrik mühərrikli avtomobillərə tələbat gün keçdikcə daha da artır. İmkanı olan hər kəs bu maşınlardan əldə etmək istəyir. Çünki bu avtomobillər daha az xərc tələb etməklə yanaşı, həm də komfortludur.

Amma bir məsələ var ki, elektrik avtomobillər haqqında müəyyən xoşagəlməz iddialar da var.

Xarici ekspertlər iddia edir ki, elektrik avtomobillərinin akkumlyatorları radiasiya ötürür. Ona görə də bu avtomobillərdən daha çox istifadə edənlərin səhhətində ciddi narahatlıqlar yaranır. Son nəticədə kişi sürücülər onkoloji, qadın sürücülərsə ginekoloji xəstəliklərə yoluxurlar.

Bu iddialar nə dərəcədə reallığa uyğundur?


Mövzu ilə bağlı Bizim.Media-ya danışan radioloq, tibb eksperti Aydın Əliyev deyib ki, belə məlumatlar var:

“Amma bunun hələ ki, sübutu təqdim edilməyib. Ola bilsin ki, elektrik avtomobilləri radiasiya ötürür. Bunu bilməyin ən asan yolu odur ki, avtomobil sahibi məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyinin radiasiya təhlükəsizliyi ilə bağlı qurumuna müraciət etməlidir. Müraciətə əsasən həmin qurum elektrik avtomobilini yoxlayıb, rəy verir. Yalnız bundan sonra konkret danışmaq olar. İndiki halda nəsə demək çətindir”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin