Qaradağda icra başçısından sonra üç vəzifəli şəxs də İŞİNİ İTİRDİ

Hazırda oxunan: Qaradağda icra başçısından sonra üç vəzifəli şəxs də İŞİNİ İTİRDİ

593757

Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətində (RİH) struktur dəyişikliyi nəticəsində bir neçə şöbə ləğv edilib.


Bizim.Media iqtisadiyyat.az-a istinadən xəbər verir ki, dəyişiklik nəticəsində bir neçə vəzifəli şəxs işini itirib.

Belə ki, Hüquq, İctimai-siyasi və humanitar məsələlər və Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbələri ləğv edilib.

Müvafiq olaraq, həmin şöbələrin müdirləri - Kamran Abdullayev, Munis Bayramov və Şikar
Həsənalıyev işlərini itiriblər.

Yeni yaradılan Hüquq və kadr məsələləri sektoruna isə Firidun Hüseynov müdir təyin olunub. O, indiyədək ləğv olunmuş İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini işləyib.

Xatırladaq ki, bir müddət əvvəl paytaxt üzrə rayon icra hakimiyyətlərinin yeni nümunəvi strukturu və ştat vahidlərinə əsasən, Bakının hər bir rayon icra hakimiyyəti aparatında 40 ştat vahidi müəyyənləşib.

Qeyd edək ki, ötən gün dövlət başçısının müvafiq sərəncamı ilə Süleyman Surxay oğlu Mikayılov Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin