Lənkəranda arvadını öldürməyə cəhddə təqsirləndirilən Ehtibar Nehmətov barəsində çıxarılmış hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
Bizim.Media apa.az-a istinadən xəbər verir ki, Şirvan Apellyasiya Məhkəməsində hakim Pərviz Hacıyevin sədrliyi ilə keçirilən prosesdə qərar qəbul edilib.
Qərara əsasən, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş Cinayət Məcəlləsinin 29, 120.2.2 və
29, 120.2.4-cü maddələri 29, 120.1-ci maddəsinə tövsif edilib.
Beləliklə, müdafiə tərəfinin apellyasiya şikayəti qismən təmin olunub və təqsirləndirilən şəxsin cəzası 10 il 6 aya endirilib.
Qeyd edək ki, Ehtibar Nehmətov Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum edilmişdi.
Hadisə ötən ilin fevral ayında Lənkəranda baş verib. Ehtibar Nehmətov şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı üzərindəki bıçaqla Təranə Nehmətovaya xəsarət yetirib.
Təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 29, 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd), 29, 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) və 134-cü (öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) maddələri ilə ittiham irəli sürülüb.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
16:57 / 31.01.2026
Arvadını öldürmək istəyən şəxsin cəzası 4 il 6 ay AZALDILDI
Hazırda oxunan: Arvadını öldürmək istəyən şəxsin cəzası 4 il 6 ay AZALDILDI
Hazırda oxunan: Arvadını öldürmək istəyən şəxsin cəzası 4 il 6 ay AZALDILDI
593746
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




























































































