Ağdamda əri tərəfindən xəsarət yetirilən qadının SON DURUMU

Hazırda oxunan: Ağdamda əri tərəfindən xəsarət yetirilən qadının SON DURUMU

593721

Ağdam rayonunun Mahrızlı kəndində ailə münaqişəsi zamanı xəsarət alan qadının vəziyyəti açıqlanıb.
 

MÖVZU İLƏ BAĞLI: 

Ağdamda ər-arvad arasında DAVA: Qadın xəsarət aldı, vəziyyəti AĞIRDIR


Bu barədə Bizim.Media-ya Ağdam Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.

Bildirilib ki, 31.01.2026-cı il tarixində saat 10:00 radələrində 1 nəfər (qadın) Ağdam Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
 

1975-ci il təvəllüdlü şəxsə qapalı kəllə-beyin travması, başın və bədənin müxtəlif nahiyələrinin çapılmış, kəsilmiş yaraları diaqnozları təyin olunub və zəruri tibbi yardım göstərilib.


Vəziyyəti orta ağır qiymətləndirilən pasiyentin müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir.

Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin