Bu ərazilərdə duman müşahidə olunur - FAKTİKİ HAVA

Hazırda oxunan: Bu ərazilərdə duman müşahidə olunur - FAKTİKİ HAVA

593720

Bakıda və Abşeron yarımadasında, Naxçıvan, Şərur, Şahbuz, Ordubad, Şabran, Yevlax, Sabirabad, Neftçala, Biləsuvar, Yardımlı, Astarada duman müşahidə olunur.

Bizim.Media xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin yanvarın 31-i saat 13:00-a olan məlumatında bildirilib.
 

Məlumata görə, sözügedən yerlərdə görünüş məsafəsi 500 metrədək məhdudlaşır. Ölkə ərazisində əsasən yağmursuz hava şəraiti müşahidə olunur, bəzi yerlərdə isə cənub-qərb küləyi əsir.


Belə ki, küləyin maksimal sürəti Kəlbəcərdə 20, Lerik, Şamaxı və Qobustanda 19, Yardımlı, Zəngilan və Daşkəsəndə 18, Cəbrayılda 17 m/s-dək güclənir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin