90-cı illərdə Azərbaycanda TOY - VİDEO

Hazırda oxunan: 90-cı illərdə Azərbaycanda TOY - VİDEO

593718

90-cı illərdə Azərbaycanda keçirilən toy mərasimindən yayılan görüntü marağa səbəb olub.

Bizim.Media xəbər verir ki, sosial şəbəkələrdə 1990-cı illərə aid olduğu bildirilən toy mərasimindən görüntülər geniş müzakirələrə yol açıb. Kadrlarda həmin dövrün toy ənənələri, musiqi seçimi, geyim tərzi və məclisin ümumi ab-havası əks olunub.
 

Paylaşım qısa müddətdə minlərlə baxış toplayıb. İzləyicilər görüntüləri bu gün keçirilən müasir toylarla müqayisə edərək müxtəlif fikirlər səsləndiriblər. Bəzi sosial şəbəkə istifadəçiləri 90-cı illərin toylarında səmimiyyətin və sadəliyin daha çox olduğunu vurğulayıblar. Digərləri isə indiki toyların texniki imkanlar, səhnə quruluşu və şou elementləri baxımından xeyli fərqləndiyini qeyd ediblər.


Şərhlərdə həmin dövrün musiqilərinə nostalji ilə yanaşanlar da az olmayıb. "O vaxt toylar daha ürəkdən idi", "İndiki toylar dəbdəbəlidir, amma ruhu yoxdur" kimi fikirlər müzakirələrdə ön plana çıxıb. (Milli.az)


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin