Goranboyda DƏHŞƏT: Qazi anasını öldürdü, həyat yoldaşını yaraladı - FOTO

Hazırda oxunan: Goranboyda DƏHŞƏT: Qazi anasını öldürdü, həyat yoldaşını yaraladı - FOTO

593678

Goranboy rayonunun Faxralı kəndində ailə münaqişəsi zəminində qətl hadisəsi baş verib.

Bizim.Media “apa.az”a istinadən xəbər verir ki, Faxralı kənd sakini, Vətən müharibəsi qazisi, III qrup əlil, 1987-ci il təvəllüdlü Vəliyev Emin Xaləddin oğlu yaşadığı evdə ailə münaqişəsi zamanı anası – 12 aprel 1963-cü il təvəllüdlü Əhmədova Zoya Rüstəm qızını bıçaqla bir neçə zərbə vuraraq qətlə yetirib.
 

Hadisə zamanı həyat yoldaşı – 29 yanvar 1995-ci il təvəllüdlü Yolçuyeva Jalə Sahib qızı da bıçaqlanaraq xəsarət alıb.


Məlumata görə, Emin Vəliyev hadisə yerindən qaçsa da, polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin