Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi qrupunun təşkilatçılığı və dövlət orqanlarının əməkdaşlarından ibarət komissiya üzvlərinin iştirakı ilə gömrük orqanları tərəfindən həyata keçirilən gömrük nəzarəti və əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz dövriyyədən götürülmüş və barəsində məhkəmənin məhvetmə qərarı qəbul edilmiş 25 cinayət işi üzrə ümumilikdə 858 kiloqram 631,927 qram müxtəlif xassəli narkotik vasitə və psixotrop maddə yandırılaraq məhv edilib.
Dövlət Gömrük Komitəsindən Bizim.Media-ya verilən məlumata görə, məhv edilən narkotik vasitələrin 453 kiloqram 924,517 qramı heroin, 394 kiloqram 224,36 qramı marixuana, 2 kiloqram 245,25 qramı tiryək, 5 kiloqram 224,72 qramı həşiş qətranı olub, bundan əlavə, 3 kiloqram 13,08 qram, 26884 həb psixotrop və güclü təsir edən maddələr məhv edilib.
Məhv edilmiş narkotiklərin qara bazarda ümumi dəyəri 52 milyon manatdan artıqdır.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
06:16 / 31.01.2026
Azərbaycanda 52 milyon manatlıq narkotik və psixotrop maddə MƏHV EDİLDİ
Hazırda oxunan: Azərbaycanda 52 milyon manatlıq narkotik və psixotrop maddə MƏHV EDİLDİ
Hazırda oxunan: Azərbaycanda 52 milyon manatlıq narkotik və psixotrop maddə MƏHV EDİLDİ
593672
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




























































































