Azərbaycan qanunvericiliyində hərbi xidmətə yollanan işçilərə nə qədər müavinət ödənildiyi müəyyənləşib.
Bizim.Media xəbər verir ki, işçi hərbi və ya alternativ xidmətə çağırıldıqda tərəflərin (işəgötürən və işçi) iradəsindən və ya istəyindən asılı olmayaraq əmək müqaviləsinə xitam verilir.
Bu halda işəgötürən işçiyə orta aylıq əmək haqqının azı 3 misli miqdarında müavinət ödəyir.
Həmçinin, işəgötürən işçiyə orta aylıq əmək haqqının 3 misli miqdarında müavinətdən əlavə ay tamam olmadığı hallarda faktiki işlədiyi günlər üçün əməkhaqqı və əgər istifadə edilməmiş məzuniyyət günləri varsa, buna görə də kompensasiya ödəyir.
Məsələ ilə bağlı trend.az-a açıqlama verən iqtisadçı-ekspert Allahverdi Aydın bildirib ki, bu halda işçiyə ödənilməli olan son haqq-hesab hesablanır:
“Misal üçün, deyək ki, Kamran adlı şəxs “A” MMC-də 15.12.2024-ci il tarixindən mühasib vəzifəsində çalışır. O, işə qəbul olunduğu tarixdən əmək müqaviləsinə xitam verilən tarixədək aylıq 800 manat əməkhaqqı alıb. Kamran işlədiyi müddətdə əmək məzuniyyətindən istifadə etməyib. Səfərbərlik və Hərbi Xidmətə Çağırış Dövlət Xidmətindən ona çağırış vərəqəsi daxil olub və əmək müqaviləsinə 15.01.2026-cı il tarixdən hərbi xidmətə çağırılması əsası ilə xitam verilib”.
A.Aydın əlavə edib ki, bu halda əmək müqaviləsinə xitam verildiyi tarixə Kamrana ödənilməli olan son haqq-hesabı bu şəkildə hesablanır:
Əvvəlcə işlənmiş iş günləri üçün əməkhaqqı hesablanır:
Məlumat üçün bildirək ki, əvvəllər həmin müəssisədə və ya fiziki şəxs olan işəgötürənin yaratdığı iş yerində çalışan işçi müddətli həqiqi hərbi xidmətdən ehtiyata buraxıldıqdan sonra öz iş yerinə (vəzifəsinə) qayıtmaq hüququndan istifadə etdikdə də tərəflərin iradəsindən və ya istəyindən asılı olmayaraq əmək müqaviləsinə xitam verilir.
Əmək müqaviləsinə xitam verilərkən işçilərin təminatları
Qanunvericiliklə müəyyən edilmiş qaydada müəssisənin ləğvi və ya fiziki şəxs olan işəgötürənin vergi uçotundan çıxarılması halları istisna olmaqla işçinin müddətli həqiqi hərbi xidmətdə olduğu müddət ərzində əvvəlki iş yeri və vəzifəsi saxlanılır.
Müddətli həqiqi hərbi xidmətə çağırılanadək müvafiq müəssisədə və ya fiziki şəxs olan işəgötürənin yaratdığı iş yerində işləmiş şəxslər, hərbi xidmətdən buraxıldıqdan ən geci 60 təqvim günü keçənədək həmin müəssisədə və ya fiziki şəxs olan işəgötürənin yaratdığı iş yerində əvvəlki və ya buna bərabər vəzifəyə (peşəyə) qayıtmaq hüququna malikdirlər.
İşçilərin iş yerinin və orta əmək haqqının saxlandığı hallar
Hərbi mükəlləfiyyətlə bağlı vəzifələrin yerinə yetirilməsi üçün hərbi təlim, yoxlama, xüsusi toplanışlarda və fəaliyyət istiqamətlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) cəlb etdiyi digər tədbirlərdə (hərbi qeydiyyat, xüsusi hərbi ixtisaslar üzrə hazırlıq, çağırışçıların tibbi müayinəsi, hərbi vəziyyət rejiminin təmin edilməsinə yönəldilmiş tədbirlər və s.) iştirak etdikdə, habelə hərbi nəqliyyat vəzifəsinin yerinə yetirilməsi ilə əlaqədar ezam olunduqda işçinin iş yeri və orta əmək haqqı saxlanılır.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
22:04 / 30.01.2026
Bu şəxslər əsgərliyə gedəndə 3 500 manat pul ALACAQLAR
Hazırda oxunan: Bu şəxslər əsgərliyə gedəndə 3 500 manat pul ALACAQLAR
Hazırda oxunan: Bu şəxslər əsgərliyə gedəndə 3 500 manat pul ALACAQLAR
593650
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




























































































