Ağdamda ağır qəza olub - İki nəfər xəsarət alıb

Hazırda oxunan: Ağdamda ağır qəza olub - İki nəfər xəsarət alıb

593628

Ağdamda "Pickup" avtomobilinin yoldan çıxaraq aşması nəticəsində iki nəfər xəsarət alıb.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, “Toyota” markalı avtomobilin iştirakı ilə qeydə alınan hadisə rayonun Evoğlu kəndi ərazisində qeydə alınıb.

Qəza zamanı 1993-cü il təvəllüdlü Qurbanzadə Əliheydər və 1977-ci il təvəllüdlü Mustafayev Toğrul müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Hər iki yaralı Ağdam mərkəzi rayon xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin