Firdovsi Əliyev müavinini və köməkçisini vəzifədən AZAD ETDİ

Hazırda oxunan: Firdovsi Əliyev müavinini və köməkçisini vəzifədən AZAD ETDİ

593619

Samux Rayon İcra Hakimiyyəti (RİH) başçısının müavini və köməkçisi vəzifələrindən azad ediliblər.

Bizim.Media İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı icra başçısı Firdovsi Əliyev müvafiq əmrlər imzalayıb.

Belə ki, Arif Ağayev icra başçısının müavini, Elvar Səfərov isə icra başçısının köməkçisi vəzifəsindən azad ediliblər.
 

Digər əmrlərlə A.Ağayev icra başçısının Füzuli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi, E.Səfərov isə RİH-in Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektoruna məsləhətçi vəzifəsinə təyin olunub.


Hazırda müavin və köməkçi vəzifələri isə vakansiyaya çıxarılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin