Anar Elxan oğlu Namazov Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Səhiyyə əlaçısı” döş nişanı ilə təltif edilib.
Bizim.Media xəbər verir ki, bu barədə Səhiyyə naziri Teymur Musayev müvafiq əmr imzalayıb.
Qeyd edək ki, sözügedən mükafat səhiyyə sahəsində yüksək peşəkarlıq, çoxillik səmərəli fəaliyyət göstərmiş və xüsusi nailiyyətlər əldə etmiş, o cümlədən 10 il və daha artıq əmək stajı olan tibb işçilərinə verilir.
Məlumat üçün bildirək ki, Anar Namazov 17.05.1983-cü il tarixində Qubadlı rayonunda anadan olub.
O 1990-1993-cü illərdə Qubadlı rayonu 2 saylı orta məktəb, 1993-1996-cı illərdə Sumqayıt şəhəri 24 saylı orta məktəb, 1996-2000-ci illərdə isə Dədə Qorqud özəl türk liseyində təhsil alıb.
2000-2006-cı illərdə Azərbaycan Tibb Universitetində oxuyub. 2006-2008-ci illərdə Rusiya Federasiyası Lazer Mərkəzi İnstitutunda Cərrahiyyə üzrə klinik ordinatura keçib.
2008-2011-ci illərdə Azərbaycan Tibb Universitetinin I cərrahi xəstəliklər kafedrasında aspirantura keçib və Tibb üzrə fəsləfə doktoru adını qazanıb.
Anar Namazov hazırda Azərbaycan Tibb Universitetinin I cərrahi xəstəliklər kafedrasının assistentidir. O, Tədris Cərrahiyyə Klinikasının Transplantologiya şöbəsinin müdiri vəzifəsində çalışır.
Eyni zamanda, Anar Namazov Azərbaycan və Türkiyədə bir sıra dərnək və assosiasiyaların üzvüdür.
Ailəlidir, 2 övladı var.
Bizim.Media





























































































