Rusiyadan növbəti SƏRT ADDIM – Bu dəfə miqrant ailələri hədəf alındı – DETALLAR

Hazırda oxunan: Rusiyadan növbəti SƏRT ADDIM – Bu dəfə miqrant ailələri hədəf alındı – DETALLAR

593589

Rusiya Federasiyasının Dövlət Duması miqrant işçi ailələrinin Rusiyaya girişini qadağan edə bilər.

Bu barədə Rusiya mətbuatı məlumat yayıb. Məlumatda deyilir ki, Dövlət Dumasının deputatları hazırda bu məsələni müzakirə edirlər.

Yeni düzəlişlərə əsasən, Rusiyaya gələn miqrantlar müəyyən müddət işləyəcək və sonra ölkəni tərk edəcəklər. Bu şərtlər daxilində miqrant ailələrinin ölkədə qalmasına icazə verilmir.

Belə bir qərarın qəbul edilməsi Rusiyaya miqrasiya edən soydaşlarımıza necə təsir edəcək?
 

MÖVZU İLƏ BAĞLI:

Rusiyada bu miqrantlara vətəndaşlıq və yaşayış icazəsi verilməyəcək


Sualı Bizim.Media üçün cavablandıran Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib ki, əgər Dövlət Duması miqrant işçi ailələrinin Rusiyaya girişini qadağan edərsə, bu, xüsusilə işləmək üçün orada yaşayan soydaşlarımıza ciddi təsir göstərə bilər:

“İşçi miqrantlar yalnız müəyyən müddət işləyə biləcək və sonra ölkəni tərk etməli olacaqlar. Bu isə ailələrin birlikdə yaşamasını çətinləşdirəcək, uşaqların təhsili və ailə həyatında sabitlik azalacaq. Soydaşlarımız ya təkbaşına işləmək, ya da ailələrini ölkəyə gətirə bilməmək kimi çətin seçimlərlə üzləşə bilər. Həmçinin sosial və hüquqi təminatlar məhdudlaşa bilər. Nəticədə uzun müddətli planlar qurmaq çətinləşəcək”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin