Yoluxan insanlar özünütəcrid etmədiyi üçün yoluxma sayı artır – Səhiyyə Nazirliyi 

Hazırda oxunan: Yoluxan insanlar özünütəcrid etmədiyi üçün yoluxma sayı artır – Səhiyyə Nazirliyi 

0:00
0:00
59358

“Bəzi insanlar koronovirusa yoluxduğu zaman onu simptomsuz və ya yüngül keçirir. Bu səbəbdən özünütəcrid etmir və nəticə etibarilə yoluxma sayında artım müşahidə olunur”. 

Bizim.Media xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov “COVID-19” mövzusunda çıxışında deyib. 

O qeyd edib ki, "omikron” ştammının gizlin dövrü 3-4 gün, nadir hallarda 5 gün çəkə bilər. 

“Buna görə də karantin müddəti 7 günə qısaldıldı. Hətta bəzi ölkələrdə karantin müddəti 5 günə qədər azaldılıb. Əlamətlərdə də fərqlilik var. Yuxarı tənəffüs yollarının zədələnməsi mövsümi xəstəliklərin simptomları ilə oxşarlıq təşkil edir”, - deyə o əlavə edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin