Bakının mərkəzində TƏHLÜKƏ – Yoldakı çatlar gün keçdikcə böyüyür - VİDEO

Hazırda oxunan: Bakının mərkəzində TƏHLÜKƏ – Yoldakı çatlar gün keçdikcə böyüyür - VİDEO

593562

Bülbül prospektində, əsas mərkəzi yolda bir neçə çat müşahidə olunur. Ümumiyyətlə Səməd Vurğun küçəsi və Bülbül prospektinin asfalt  örtüyündə belə çatlar uzun müddətdir ki, mövcuddur.

Söhbətin köməkçi yollardan yaxud qəsəbə yollarından getmədiyini nəzərə alsaq, asfaltın hazırki vəziyyəti mərkəzi yola uyğun şəkildə deyil. Konkret olaraq Bülbül prospekti 65-də yaranmış çatlar hazırda ciddi təhlükə yaratmasa da, getdikcə dərinləşdiyi görünür.

Halbuki on gün öncə müşahidə apararkən həmin çatlar daha səthi idi.

Bu hal vaxtında tədbir görülmədiyi təqdirdə gələcəkdə yol örtüyünün zədələnməsinə və hərəkət zamanı narahatlığa səbəb ola bilər.

Yolun mərkəzi və intensiv istifadə olunduğunu nəzərə alaraq, problemin nəzarətdə saxlanılması üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə müraciət etdik.

Qurumdan Bizim.Media-ya bildirildi ki, asfalt örtüyündə belə çatın yaranması normal haldır, narahat olacaq problem yoxdur. Bununla belə, baxış keçirilməsi üçün ərazi üzrə tabeli quruma məlumat veriləcək ki, yaxın müddətdə asfalt örtükdə cari təmir işləri icra edilsin.


Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin