Ramiz Mehdiyevdən onu istefaya çağıranlara CAVAB 

Hazırda oxunan: Ramiz Mehdiyevdən onu istefaya çağıranlara CAVAB 

59352

Son zamanlar Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Ramiz Mehdiyevlə bağlı narazılıqlar artıb.

AMEA-nın institutlarının bir neçə direktoru onun vəzifəsindən getməli olduğunu bildiriblər.

Həmçinin, Milli Elmlər Akademiyasının işlər idarəsinin sabiq müdiri Elton Məmmədov məhkəmədə qalib gəlib və onun işə bərpa olunması ilə bağlı qərar verilib. Hazırda isə onunla bağlı digər bir məhkəmə işi davam edir. 

Bizim.Media xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Ramiz Mehdiyev bunlarla bağlı “Unikal”a açıqlamasında diqqətə çatdırıb ki, bu məsələlərə qarışmaq və fikir bildirmək istəmir. 
 

MÖVZU İLƏ BAĞLI:

Daha bir alim Ramiz Mehdiyevi istefaya çağırdı - "O getməsə..."


“Təşəkkür edirəm ki, siz bu məsələ haqqında fikirləşirsiniz. Ancaq əsas mövqeyim ondan ibarətdir ki, akademiyada sağlam şərait yaradıb, elmlə məşğul olub elmə təkan verək, dövlətimizə kömək edək”. 

R.Mehdiyev Azərbaycan Milli Elmlər Akademiyasının işlər idarəsinin sabiq müdiri Elton Məmmədovla olan məhkəmə çəkişməsinə isə münasibət bildirmək istəməyib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin