Şəmkirdə 21 yaşlı kişi dəm qazından boğularaq ölüb.
Bizim.Media xəbər verir ki, hadisə rayonun Təzəkənd kəndində baş verib.
2005-ci il təvəllüdlü Ruhlan Məmmədov yaşadığı fərdi yaşayış evinin yataq otağında quraşdırılmış qazla işləyən “Ceyran” tipli sobanın borusundan çıxan dəm qazından zəhərlənərək ölüb.
Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu
































































































