Goranboyda yol qəzası oldu, iki nəfər xəstəxanalıq oldu

Hazırda oxunan: Goranboyda yol qəzası oldu, iki nəfər xəstəxanalıq oldu

593451

Goranboyda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Faxralı kəndində qeydə alınıb.

Hərəkətdə olan"VAZ 21010" markalı avtomobillə "VAZ 2106"  toqquşub.
 

Hadisə zamanı 2002-ci il təvəllüdlü Faxralı kənd sakini Eltun Babayev və 1991-ci il təvəllüdlü Nərgiz İsmayılova müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Gəncədə yerləşən xəstəxanalardan birinə yerləşdiriliblər.


Onlara ilkin tibbi yardım göstərilib, vəziyyətlərinin stabil olduğu bildirilir.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin