Mərkəzi Bankın sədrinə yeni müşavir təyin edildi - FOTO

Hazırda oxunan: Mərkəzi Bankın sədrinə yeni müşavir təyin edildi - FOTO

593436

Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Rəna Məlikova bu vəzifədən azad edilərək, qurumun sədrinin müşaviri postuna təyin olunub.

Bizim.Media xəbər verir ki, bu barədə AMB-nin rəsmi saytında məlumat yerləşdirilib.

R.Məlikova 1964-cü ildə Bakı şəhərində anadan olub.

O, 1988-ci ildə Kirov adına Azərbaycan Dövlət Universitetinin "Hüquqşünaslıq" ixtisasını, 2006-cı ildə isə Azərbaycan Dövlət İqtisad Universitetinin "Maliyyə və kredit" ixtisası üzrə yenidənhazırlanma kursunu bitirib.

Əmək fəaliyyətinə 1981-ci ildə başlayan Rəna Məlikova 1993-cü ilədək hüquq işi sahəsində müxtəlif vəzifələrdə çalışıb.

1993-cü ildən Mərkəzi Bankda aparıcı hüquq məsləhətçisi, baş hüquq məsləhətçisi, Hüquq şöbəsinin rəisi, 2000-ci ilin mart ayından isə Hüquq departamentinin direktoru vəzifəsində işləyib.

2007-ci ilin fevral ayında Azərbaycan Respublikasında bank sisteminin inkişafındakı xidmətlərinə görə "Tərəqqi" medalı, 2019-cu ilin sentyabr ayında 3-cü dərəcəli "Əmək" ordeni ilə təltif edilib.

2024-2025-ci illərdə Mərkəzi Bankın baş direktoru vəzifəsində işləyib.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin