Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadə xəstəxanadan evə buraxılıb.
Bu barədə Bizim.Media-ya “Azərbaycan Uşaqları” İctimai Birliyindən məlumat verilib.
Bildirilib ki, hazırda onun vəziyyəti stabil və qənaətbəxş qiymətləndirilir:
“Onun səhhətində Sabunçu Tibb Mərkəzində həkimlər tərəfindən aparılan müayinə və müalicə tədbirləri nəticəsində müsbət irəliləyiş müşahidə olunub. Həkimlərin rəyi əsasında, o, bu gün xəstəxanadan evə buraxılıb və müalicəsi həkim nəzarəti altında ev şəraitində davam etdiriləcək”.
Qeyd edək ki, bir neçə gün öncə Kəmalə Ağazadə səhhətində yaranmış narahatlıqla əlaqədar Sabunçu Tibb Mərkəzinə yerləşdirilib. Ona dəqiqləşdirilməmiş pnevmoniya diaqnozu qoyulub.
Bizim.Media



































































































