Avtomobil kreditləri üzrə orta faiz dərəcəsi ARTDI

Hazırda oxunan: Avtomobil kreditləri üzrə orta faiz dərəcəsi ARTDI

593394

2025-ci ilin sonuna Azərbaycanda avtomobil kreditləri üzrə orta faiz dərəcəsi 13 % təşkil edib.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.

Bu, bir il əvvəlki göstəricidən 3 faiz bəndi yüksəkdir.

Məlumata görə, mənzil təmiri üçün verilən istehlak kreditləri üzrə faiz dərəcəsi 2025-ci ilin sonunda 18 % (2024-cü ilin sonuna olan göstəriciyə nisbətən +2 faiz bəndi) təşkil edib.

Hesabat ili ərzində məişət avadanlıqlarının alınması üçün verilən kreditlərin orta faiz dərəcəsi 1 faiz bəndi artaraq 26 % olub.

Kredit kartları vasitəsilə verilən istehlak kreditləri üzrə orta faiz dərəcəsi dəyişməyərək 26 % təşkil edib.

Digər istehlak kreditləri üzrə orta faiz dərəcəsi 2025-ci ilin sonunda 2024-cü ilin dekabr ayı ilə müqayisədə 2 faiz bəndi artaraq 22 % olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin