Doktoranturada təhsil alanlara hərbi xidmətdən möhlət verilir.
Bizim.Media xəbər verir ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Qanuna əsasən, əyani təhsilalma formasında doktoranturada (adyunkturada) təhsil alan şəxslərə təhsillərini bitirənədək müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət verilir.
Qanunun 23.1.1-ci maddəsinə görə isə fəlsəfə doktoru və ya elmlər doktoru elmi dərəcəsi olan vətəndaşlar müddətli həqiqi hərbi xidmətə çağırışdan tamamilə azad edilirlər.
Doktoranturada təhsil əyani (istehsalatdan ayrılmaqla) və qiyabi (istehsalatdan ayrılmamaqla) formalarda həyata keçirilir.
Mövcud qanunvericiliyə əsasən, yalnız əyani formada təhsil alan çağırışçılara təhsillərini davam etdirmək üçün hərbi xidmətdən möhlət verilir.
Qanuna əsasən isə fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcəsi olan vətəndaşlar müddətli həqiqi hərbi xidmətə çağırışdan azaddırlar. (milli.az)
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
13:47 / 29.01.2026
Onlar əsgərlikdən tamamilə azad edilir
Hazırda oxunan: Onlar əsgərlikdən tamamilə azad edilir
Hazırda oxunan: Onlar əsgərlikdən tamamilə azad edilir
593377
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































