Röya qalmaqalına görə Xətai İcra hakimiyyətindəki vəzifəsini itirdi – FOTO/VİDEO

Hazırda oxunan: Röya qalmaqalına görə Xətai İcra hakimiyyətindəki vəzifəsini itirdi – FOTO/VİDEO

593366

Xəbər verdiyimiz kimi, Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin (RİH) başçısının müavini Etibar Əhmədov vəzifəsindən azad olunub.
 

MÖVZU İLƏ BAĞLI:

Bu rayonda da icra başçısının müavini İŞDƏN ÇIXARILDI - FOTO


Bizim.Media xəbər verir ki, bununla bağlı icra başçısı Rafiq Quluyev əmr imzalayıb.

Qeyd edək ki, E.Əhmədov 1956-cı ilin oktyabrın 24-də Balakən rayonunda anadan olub. O, 2017-ci ildən Xətai RİH başçısının müavini vəzifəsində işləyib. Ondan əvvəl isə RİH-də müxtəlif vəzifələrdə çalışıb.

Azərbaycan 24-ə daxil olan məlumata görə, Etibar Əhmədovun işdən azad edilməsinə səbəb bir müddət əvvəl müğənni Röyanın rəsmi protokola zidd qarşılanma mərasimi ilə bağlı yaranan qalmaqal olub. Həmin tədbirin o şəkildə təşkilinin və Röya ilə bağlı dəvətin ideyasının məhz bu müavinə aid olduğu iddia edilir.





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin