Azərbaycan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma işləri ilə yanaşı nəqliyyat kommunikasiyasını bərpa etmək üçün üzərinə düşən öhdəliyi yerinə yetirir.
Bizim.Media xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda səfərdə olan Moldovanın Xarici İşlər və Avropaya İnteqrasiya naziri Niku Popesku ilə birgə mətbuat konfransında deyib.
Nazir bildirib ki, Azərbaycan Ermənistan sərhədinə kimi 110 kilometrlik dəmiryol xəttinin tikintisinə hələ 2021-ci ildən başlayıb. Hazırda həmin işlərin 24 faizi yerinə yetirilib və 2023-cü ildə bu işlərin tamamlanması nəzərdə tutulur.
"Avtomobil yolu üzrə isə işlərin 27 faizi tamamlanıb. Bu, Azərbaycan tərəfinin üzərinə götürdüyü işlərə necə məsuliyyətlə yanaşmasının təzahürüdür.
Ermənistan tərəfindən isə ziddiyətli açıqlamalar və bəyanatlardan başqa heç bir iş görülmür", - C.Bayramov deyib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:30 / 09.02.2022
“Azərbaycan sərhədədək dəmir və avtomobil yollarını tikir, Ermənistan isə...” - NAZİR
Hazırda oxunan: “Azərbaycan sərhədədək dəmir və avtomobil yollarını tikir, Ermənistan isə...” - NAZİR
Hazırda oxunan: “Azərbaycan sərhədədək dəmir və avtomobil yollarını tikir, Ermənistan isə...” - NAZİR
0:00
0:00
59334
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.