Vəzifəsindən azad olunan icra başçısının müavini – “İş təklifi olsa, dəyərləndirəcəm” – ÖZƏL

Hazırda oxunan: Vəzifəsindən azad olunan icra başçısının müavini – “İş təklifi olsa, dəyərləndirəcəm” – ÖZƏL

593304

Xaçmaz Rayon İcra Hakimiyyəti (RİH) başçısının müavinlərindən biri - Bəxtiyar Osmanovun vəzifəsindən azad olunması ilə bağlı xəbərlər yayılıb.

Məsələ ilə bağlı Bizim.Media-nın yerli bürosu Bəxtiyar Osmanovla əlaqə saxlayıb.

O vəzifəsindən öz istəyi ilə ayrıldığını deyib:

“Xaçmaz rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayevlə 6 il birlikdə çalışmışam. Keçən il dekabrın 15-də öz istəyimlə vəzifədən ayrıldım”, - deyə Bəxtiyar Osmanov bildirib.

Sabiq müavin qeyd edib ki, rayon rəhbəri onun istəyinə hörmətlə yanaşaraq vəzifəsindən azad edib.

Bəxtiyar Osmanov yeni iş təkifləri olarsa, dəyərləndirəcəyini bildirib.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin