“Əgər müxalifətin KİV-ə çıxışı yoxdursa, bu, azad seçkilər deyil”, — Rubio

Hazırda oxunan: “Əgər müxalifətin KİV-ə çıxışı yoxdursa, bu, azad seçkilər deyil”, — Rubio

593260

“Seçkiləri gün boyu keçirə bilərsiniz, amma əgər müxalifətin KİV-ə çıxışı yoxdursa, əgər müxalifət üzvləri seçkilərdə iştirak edə bilmirsə, bu seçkilər azad və ədalətli olmayacaq”.

Bizim.Media xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio bildirib.

“Biz azad, ədalətli, firavan və dost Venesuela istəyirik. Buna üç həftə ərzində nail olmayacağıq.

Bu, müəyyən vaxt aparacaq. Venesuelada yeni hakimiyyət müəyyən dərəcədə tanınmağa layiqdir. Onlar faktiki olaraq Çaves dövrünün neft sənayesinə özəl investisiyalarla bağlı bir çox məhdudiyyətlərini ləğv edən yeni qanun qəbul ediblər”, — ABŞ dövlət katibi qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin