Azərbaycanla Gürcüstan DİN-ləri arasında əməkdaşlığa dair Saziş TƏSDİQ EDİLDİ

Hazırda oxunan: Azərbaycanla Gürcüstan DİN-ləri arasında əməkdaşlığa dair Saziş TƏSDİQ EDİLDİ

593243

“Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Gürcüstanın Daxili İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş” təsdiq edilib.

Bizim.Media xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

Fərmana əsasən, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi sənədin müddəalarının həyata keçirilməsini təmin etməlidir.
 

Eyni zamanda, Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Gürcüstan Hökumətinə bildiriş göndərməlidir.


Qeyd edək ki, Saziş 2025-ci il noyabrın 21-də Gürcüstanın paytaxtı Tbilisi şəhərində imzalanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin