6 nəfər prokurorluq orqanlarından xaric edilib - RƏSMİ

Hazırda oxunan: 6 nəfər prokurorluq orqanlarından xaric edilib - RƏSMİ

593216

Ötən il xidməti, icra və əmək intizamının daha da möhkəmləndirilməsi, fəaliyyətlərində qanunsuzluq hallarına və prokurorluq işçisinə yaraşmayan hərəkətlərə yol verən işçilərə münasibətdə tələbkarlıq artırılıb.

Bizim.Media xəbər verir ki, bu barədə Baş Prokurorluqda 2025-ci ildə görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə dair kollegiya iclasında məlumat verilib.

Bildirilib ki, aparılmış xidməti yoxlamalar nəticəsində müxtəlif xətalar törətdiklərinə görə 25 prokurorluq işçisi intizam məsuliyyətinə cəlb edilib ki, onlardan 1-nə irad tutulub, 13-nə töhmət və ya şiddətli töhmət elan edilib, 5 nəfər vəzifədən azad edilib, 6 nəfər isə prokurorluq orqanlarından xaric edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin