Gəncə şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsinin əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, qanunsuz olaraq odlu silah əldə edib saxlamaqda şübhəli bilinən, şəhər sakini, əvvəllər məhkum olunmuş Azər Miyani şəhər ərazisində saxlanılaraq Baş Polis İdarəsinə gətirilib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, onun üzərində şəxsi axtarış keçirilən zaman 1 ədəd, atəşə yararlı, “revolver” tipli tapança və 4 ədəd patron aşkar edilərək götürülüb.
Kəpəz rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə şəhər sakini Ramin Qasımovdan 1 ədəd lüləsi və qundağı kəsilmiş tüfəng aşkar edilib.
Götürülən maddi sübutlar ekspertizaya göndərilib, faktla bağlı Gəncə ŞBPİ-nin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanılıb araşdırmalar davam etdirilir.
Məqsəd Rəhimov, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:32 / 09.02.2022
Gəncə sakinlərində silahlar aşkarlandı - FOTO
Hazırda oxunan: Gəncə sakinlərində silahlar aşkarlandı - FOTO
Hazırda oxunan: Gəncə sakinlərində silahlar aşkarlandı - FOTO
59320
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.