İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün 2025-ci ilin dövlət büdcəsindən cəm olaraq 4 milyard 465,7 milyon manat vəsait ayrılıb.
Bu barədə Bizim.Media Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Qeyd edilib ki, həmin vəsaitin 3781,9 milyon manatı və ya 84,7 faizi işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası ilə bağlı nəzərdə tutulmuş məqsədli vəsaitin, 373,2 milyon manatı və ya 8,3 faizi dövlət büdcəsinin ehtiyat fondunun vəsaitinin, 258,5 milyon manatı və ya 5,8 faizi dövlət əsaslı vəsait qoyuluşu (investisiya) xərcləri üzrə vəsaitin, 52,1 milyon manatı və ya 1,2 faizi dövlət büdcəsinin digər ehtiyatlarından ayrılmış vəsaitin payına düşür.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
15:15 / 28.01.2026
Ötən il azad edilmiş ərazilərə xərclənən vəsaitin MƏBLƏĞİ
Hazırda oxunan: Ötən il azad edilmiş ərazilərə xərclənən vəsaitin MƏBLƏĞİ
Hazırda oxunan: Ötən il azad edilmiş ərazilərə xərclənən vəsaitin MƏBLƏĞİ
593193
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































