Yeni dəmir yolu stansiyaları bu ərazilərdə yerləşəcək – VİDEO

Hazırda oxunan: Yeni dəmir yolu stansiyaları bu ərazilərdə yerləşəcək – VİDEO

593191

Bakı və ətraf ərazilərdə dəmir yolu şəbəkəsini genişləndiriləcək. Belə ki, 2030-cu ilədək əlavə 25 dayanacaq və stansiya istifadəyə veriləcək.

Bizim.Media xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC məlumat yayıb.

Dövlət Proqramı çərçivəsində aşağıdakı istiqamətlərdə dəmir yolu xətləri bərpa olunacaq və yeni stansiyalar tikiləcək:

- Yeni Suraxanı-Hövsan (4 stansiya)

- Bakıxanov-Binə-Qala (7 stansiya)

- Zabrat-Maştağa-Bağlar (7 stansiya)

“Dərnəgül dayanacağının tikintisi sürətlə davam edir. Kürdəxanı, Fatmayı, Saray və Binəqədi dayanacaqları yaradılır. Baş Keşlə və Nərimanov stansiyalarında qatarların dayanması təmin olunacaq”, - deyə məlumatda qeyd olunub.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin