Masallıda əkin sahələri su altında qaldı – FOTO

Hazırda oxunan: Masallıda əkin sahələri su altında qaldı – FOTO

593176

Masallı rayonunun Xallıcallı kəndində intensiv qar sularının toplanması nəticəsində əkin sahələri su altında qalıb.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə nəticəsində onlarla hektar taxıl sahəsinə ciddi ziyan dəyib.

Eyni zamanda, kəndin daxili hissələrində də su yığıntıları müşahidə olunur. Kənd sakinlərinin bildirdiyinə görə, Viləşçay vasitəsilə gələn qar suları kənd ərazisində əkin sahələrinə dolub.
 

Məlumata əsasən, çay suları birbaşa yaşayış evlərinə zərər vurmasa da, evlərin yaxınlığında suyun yığılması həyətyanı sahələr üçün risk yaradır.


Sakinlər qeyd edirlər ki, kənddə əvvəllər mövcud olan su anbarının sonradan əkin sahəsinə çevrilməsi mövcud problemlərin əsas səbəblərindən biridir.

Su anbarı fəaliyyət göstərmədiyindən çayla gələn qar suları ərazidə toplanaraq əkin sahələrinin su altında qalmasına səbəb olur.


Sabutay, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin