Sabah qar yağacaq, yollar buz bağlayacaq – PROQNOZ

Hazırda oxunan: Sabah qar yağacaq, yollar buz bağlayacaq – PROQNOZ

593154

Yanvarın 29-da gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya verilən məlumata əsasən Bakıda və Abşeron yarımadasında hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir.

Səhər bəzi şəhərətrafı ərazilərdə intensivləşəcəyi ehtimalı var. Gündüz tədricən kəsiləcək. Cənub-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 2-5° isti, gündüz 6-10° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütununu təşkil edəcək. Nisbi rütubət 80-85 % olacaq.
 

Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli intensivləşəcəyi ehtimalı var. Gündüz yağıntılar tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.


Havanın temperaturu gecə 0-5° isti, gündüz 6-11° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-3° şaxta olacaq.

Gecə bəzi dağlıq rayonlarda yolların buz bağlayacağı ehtimalı var.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin