Məktəblinin ölümündə “Azərişıq”, yoxsa məktəb direktoru günahkardır? - Prokurorluğun HƏBS QƏRARI...

Hazırda oxunan: Məktəblinin ölümündə “Azərişıq”, yoxsa məktəb direktoru günahkardır? - Prokurorluğun HƏBS QƏRARI...

59313

Xəbər verildiyi kimi Cəlilabadda I sinif şagirdinin elektrik cərəyanından dünyasını dəyişməsi ilə bağlı cinayət işi açılıb. Bədbəxt hadisə rayonun Ocaqlı 1 nömrəli kənd tam orta məktəbinin həyətində baş verib. Şagirdin məsuliyyətsizlik və səhlənkarlıq səbəbindən öldüyü iddia olunub və məsələ ictimaiyyətdə ciddi müzakirələrə səbəb olub. Baş verən hadisədə ilk növbədə məktəb rəhbərliyi, daha sonra isə “Azərişıq” ASC günahlandırılıb.

Səbəb məktəbin həyətindəki elektrik dirəyindən naqillərin açıq və aşağıya doğru sallanıqlı vəziyyətdə olmasıdır. 

Maraqlıdır ki, məktəbin həyətində nəhəngliyi ilə diqqəti cəlb edən transformator əhatəyə alınsa da, əlində təhsil ocağının hər bir fərdi üçün təhlükə saçan 10 kv-luq naqilləri ora-bura səpələnmiş, elektrik dirəyi hesaba alınmayıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Prokurorluqdan məktəbdə ölən birinci sinif şagirdi ilə bağlı AÇIQLAMA 


Ocaqlı 1 nömrəli kənd məktəb rəhbərliyinin açıqlamasına görə açıq qalan naqillərlə bağlı dəfələrlə “Azərişıq” ASC-yə müraciət olunub. “Azərişıq” ASC isə problemə etinasızlıq nümayiş etdirib. Ərazidəki təhlükəni vaxtında dəf etmək üçün nə xidmət qurumu, nə də məktəb rəhbərliyi hərəkətə keçib. Ən azından məktəb rəhbərliyi tərəfindən sözügedən əraziyə giriş müəyyən hasarlamalarla məhdudlaşdırılmayıb. Nəticədə isə bədbəxt hadisə yaşanıb. 

Məsələ ilə bağlı “Azərişıq” ASC ilə əlaqə yaratdıq. Qurumun mətbuat katibi Vaqif Aydınoğlu Bizim.Media-ya mövqe bildirməyib:

“Cəlilabad Rayon prokurorluğunda cinayət işi başlayıb. Belə olan halda biz açıqlama verə bilmərik. İstintaq bitəndən sonra mövqeyimizi ictimaiyyətə açıqlayacağıq”, - deyə qurum rəsmisi qeyd edib.  

Qeyd edək ki, 2015-ci il təvəllüdlü Hüseyn Zeynalov evə gedərkən  məktəbin həyətindəki daşa ilişərək yıxılıb.
 

Qalxmaq istəyərkən dirəkdən aşağıya doğru sallanıqlı vəziyyətdə olan elektrik cərəyanına toxunub. Məktəbli 10 kv-luq elektrik məftilə toxunması səbəbindən elə oradaca dünyasını dəyişib. 


Faktla bağlı Cəlilabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin